"Bunları eşidəndə bədənim əsirdi" - Afaq Bəşirqızı

"Nənəmin o vaxtı ermənilər haqqında danışdığı o hadisələri xatırlayıram: gəlinlərin bellərində samovar qaynadırdılar, uşaqları analarının qarnından bıçaqla yarıb çıxarırdılar və süngünün başına keçirirdilər. Onda mənim bədənim əsirdi, lakin təsəvvür edə bilmirdim ki, niyə belə deyir. Amma Xocalı faciəsinin canlı şahidi olandan sonra çox gözəl başa düşürəm ki, bu nədir. Mən bu faciəni bütün nəslimə, övladlarıma ətrafıma, tamaşaçılarıma hər dəfə təkrar edirəm ki, biz bu faciəni unutmayaq, unutdurmayaq. Düşmənə düşmən deməyi bacaraq. Bu ifadəni beynimizə və ürəyimizə həkk etməliyik.
Allah müharibədə canını verən qocalarımız, cavanlarımız, gəlinlərimiz, qardaşlarımız, körpələrimizə qəni-qəni rəhmət eləsin. Hər dəfə Xocalı hadisəsi gələndə mən heç vaxt yaddan çıxarmıram, Xocalı hava limanının rəisi bir tək yalın əllə, bir tapança ilə vuruşdu və qəhrəmancasına həlak oldu. Orada canını qoyan bütün oğullarımıza söz verməliyik ki, hələ bu 44 günlük müharibədə sizin tam qanınızı ala bilməmişik, hələ sizin qanınızı yerdə qoymamaq bizim boynumuzun borcudu. Allah o günləri bizə nəsib etsin.
Bizim indi bir-birimizi deyil, düşmənləri mühakimə etmək vaxtımızdır. İndi bizim bir mühakiməmiz və bir mübarizəmiz olmalıdı, o da düşmənə qarşı".
AzVision.az
Teqlər: