Rusiya Naxçıvana dəmiryolunun tezliklə açılmasının tərəfdarıdır
"Biz Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin qarşısının alınması üzrə danışıqlar prosesinin gedişindən danışdıq. Ümid edirik ki, tezliklə Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri müvafiq üçtərəfli işçi qrupun həmsədrləri kimi Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında dəmir yolu marşrutunun istifadəsinin bərpası ilə bağlı konkret razılaşmalar əldə edə biləcəklər"- Lavrov bildirib.
O qeyd edib ki, ötən il Azərbaycan və Rusiya prezidentləri 7 dəfə görüşüb və 12 dəfə telefonla müzakirələr aparıblar. Ölkələrimiz arasında müzakirələrin intensivliyi bu il də eyni tempdə saxlanılıb: "Hökumətlərarası və parlamentlərarası münasibətlərimiz də inkişaf edir. Proqnozlara görə rekord sayda ticarət dövriyyəmiz qeydə alınacaq. Biz də praktiki cəhətdən əlaqələrimizi gücləndirərək meqa layihələrlə buna nail olmaq istəyirik".
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


