Bakıdan İrəvana xəbərdarlıq: "Öz addımlarına nə qədər tez düzəliş etsə..."

      Bakıdan İrəvana xəbərdarlıq:    "Öz addımlarına nə qədər tez düzəliş etsə..."
  28 Fevral 2023    Oxunub:958
Azərbaycan alternativsiz sülh gündəliyinə sadiqdir və Ermənistanla münasibətləri normallaşdırmaq üçün qarşılıqlı məqbul həll yolları axtarmağa davam edəcək.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə birgə mətbuat konfransında deyib.

"Bütün çətinliklərə baxmayaraq, biz sülh gündəliyinə alternativin olmaması, üçtərəfli bəyanatların, eləcə də son iki ildən artıq müddətdə qəbul edilmiş sonrakı sənədlərin hərfinə və ruhuna ciddi riayət etmək mövqeyinə sadiq qalırıq. Bu prinsiplər tərəflərin ötən ilin oktyabrında Praqa və Soçi görüşlərində bir daha təsdiqlədikləri, dövlətlərin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınmasını nəzərdə tutan beynəlxalq hüquqa əsaslanmalıdır. Bu yanaşmalara əsaslanaraq, biz qarşılıqlı məqbul həll yollarını tapmağa və regionda davamlı sülh və firavanlığa nail olmağa davam edəcəyik”, - deyə Bayramov bildirib.

Ceyhun Bayramov sülh müqaviləsi üzrə onlayn diplomatiyanı səmərəsiz adlandırıb və İrəvanı danışıqlar masasına qayıtmağa dəvət edib: "Üçtərəfli Bəyanatın müddəaları yerinə yetirilməlidir. Biz bu barədə uzun müddət müzakirələr aparmışıq. Təəssüf ki, Ermənistan tərəfi üçtərəfli Bəyanatda üzərinə götürdüyü öhdəliklərə məhəl qoymur. Ermənistan öz addımlarına nə qədər tez düzəliş etsə, bu, sülh prosesinə o qədər fayda verəcək. Onun qeyri-konstruktiv yanaşmasını hazırda da müşahidə edirik".

İlkin Nəcəfzadə
AzVision.az





Teqlər:



Xəbər lenti