“Bizneslə heç vaxt məşğul olmamışam"- Siyavuş Novruzov

Siyavuş Novruzovun sözlərinə görə, ömür boyu siyasətlə məşğul olub: “Bizneslə heç vaxt məşğul olmamışam. Əslində, heç özüm də istəməmişəm. İnsan gərək bir işlə və bildiyi işlə məşğul ola. Azərbaycanda bir yerdə mənim biznesimi heç vaxt göstərə bilməzlər. Yəni mənim işim siyasət olub, partiyada rəhbərlik etdiyim dövrdə də, Milli Məclisin deputatı, komitə sədri kimi də yalnız qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyət göstərmişəm. Bu işi də davam etdirirəm.
Çox şey yazırlar, guya filan bizneslə məşğulam. Bir yerdə göstərsinlər ki, bunun mənə aidiyyatı var. Yoxdur. Heç mənim qohum-əqrəbalarımın, yaxınlarımın birinə aidiyyatı var? Yox, qəti şəkildə. Bu, heç mənə uyğun deyil. Bizneslə məşğul olanlara pis baxmıram. Hər kəsin öz bacarığı, təcrübəsi var. Gərək, təcrübə ola, bu işi biləsən, idarə etməyi bacarasan”.
AzVision.az
Teqlər: