BMT-nin ali komissarını Laçın yolundakı vəziyyət barədə məlumatlandırılıb

Nazir müavini Elnur Məmmədov Azərbaycan və BMT arasında müxtəlif sahələrdə, o cümlədən insan hüquqlarının qorunması sahəsində əməkdaşlığın mövcudluğunu məmnunluqla qeyd edib. Bu xüsusda, əməkdaşlığın daha da genişləndirilməsi üçün perspektivlərin olduğu bildirilib.
Nazir müavini Elnur Məmmədov, həmçinin Azərbaycanın sülh və quruculuq səylərinin Ermənistan tərəfinin davamlı siyasi-hərbi təxribatları ilə üzləşdiyini qeyd edib. Bu xüsusda, Laçın yolu ətrafında Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin haqlı etirazına kölgə salmaq məqsədilə Ermənistan tərəfindən guya Azərbaycanın erməni sakinlərini “blokadaya” alması, bölgədə "humanitar böhran" vəziyyətinin yarandığına dair həqiqəti əks etdirməyən mövqeyin sərgilənməsinin beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə hesablandığı bildirilib. Azərbaycan Respublikasının bütün vətəndaşları kimi, bölgədə yaşayan erməni sakinlərin də təhlükəsizliyini təmin etməyə hazır olduğu vurğulanıb.
Görüş zamanı, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: