Şuşanın içməli və tullantı su şəbəkələri yenidən qurulacaq

   Şuşanın içməli və tullantı su şəbəkələri yenidən qurulacaq
  01 Mart 2023    Oxunub:840
Şuşa şəhərinin relyef baxımından hündür nöqtələrində 2 ədəd mərkəzi anbarın tikintisinə də başlanılıb.
Bunu jurnalistlərə açıqlamasında "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib.

Onun sözlərinə görə, layihələndirmə zamanı əhalinin dayanıqlı içməli su təchizatının aparılması üçün şəhər 8 müxtəlif təzyiq zonasına bölünüb, bu zonalardan 6-sı özüaxımlı rejimdə, 2-si isə hidrofor nasoslarla su ilə təmin olunacaq.

Şöbə rəisi qeyd edib ki, növbəti mərhələdə şəhərdaxili içməli və tulantı su şəbəkələrinin tamamilə yenidən qurulması, tullantı sutəmizləyici qurğunun inşası nəzərdə tutulur.

AzVision.az


Teqlər:





Xəbər lenti