“Qarabağ erməniləri ilə növbəti görüş digər şəhərlərimizdə ola bilər”

“Görüş barəsində verilən məlumatlara görə Azərbaycanın digər şəhərlərində baş tuta bilər. Yəni uzun illər aralarında düşmənçilik baş vermiş ermənilərin inteqrasiyası üçün belə görüşlər çox təşkil olunmalı və beləliklə normallaşma prosesi başlayacaq. Bu görüşlər hər hansı dairənin təşəbbüsü ilə deyil, ancaq ölkə başçımızın siyasəti sayəsində baş tutur. Hesab edirəm ki, Ermənistanla sülh müqaviləsinin imzalanması prosesi də ikitərəfli görüşlərdə müzakirələr keçirməklə reallaşacaq", - deputat vurğulayıb.
O əlavə edib ki, Ermənistan-Azərbaycan münasibətlərin normallaşdırılması prosesinə xarici tərəfdaşların ilk baxışdan töhfə verdiyini görünsə də, reallıqda heç bir effektivliyi yoxdur: "Hesab edirəm ki, Ermənistanla münasibətlərin normallaşması prosesi də tezliklə başlanacaq və 2023-cü il regiona sülh və sabitlik gələcək".
AzVision.az
Teqlər: