Səbinə Hacıyeva kimdir? - DOSYE

   Səbinə Hacıyeva kimdir? -    DOSYE
  01 Mart 2023    Oxunub:6065
Prezident İlham Əliyevin Sərəncamı ilə Əməkdar memar Səbinə Hacıyeva Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə yeni rəis təyin olunub.

AzVision.az xəbər verir ki, Hacıyeva Səbinə Xalid qızı 1971-ci ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə Azərbaycan Mühəndis İnşaat institutunu "memar" ixtisası üzrə bitirib. 1994–2003-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Landşaft Memarlığı" kafedrasında müəllim, 2000–2015-ci illərdə "Abidələrin bərpası və mühafizəsi" laboratoriyasında müdir, hal-hazırda isə "Memarlıq konstruksiyaları və abidələrin bərpası" kafedrasının müdiri işləyir. 1999-cu ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür. 2012-ci ildə Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü seçilib. 2015-ci ildə Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin professorudur. 1 aprel 2016-ci il tarixində BMA-ın Azərbaycan Akademik Mərkəzinin ilk iclasında Bakı Akademik Mərkəzinin elmi katibi seçilib. 100-dən çox elmi əsərin, o cümlədən 2 monoqrafiyanın müəllifi, 4 kitabın həmmüəllifidır.

2000–2007-ci illərdə "KİŞ", "NİC" və "Qum" layihərində iştirak edib. Azərbaycan Prezidentinin müvafiq Sərəncamları ilə “Tərəqqi” medalı və “Əməkdar memar” fəxri adı ilə təltif olunub.

AzVision.az





Teqlər:





Xəbər lenti