Sərəncama əsasən, Murad Fərid oğlu Hüseynov mədəniyyət nazirinin müavini təyin edilib.
O, bu təyinatadək Beynəlxalq Muğam Mərkəzinin direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, M.Hüseynov 1973-cü il dekabrın 1-də Bakıda anadan olub.
O, yaradıcılıq fəaliyyətinə Bülbül adına Orta Xüsusi Musiqi Məktəbində başlayıb. 1991-1996-cı illərdə Bakı Musiqi Akademiyasında təhsil alaraq buranı fərqlənmə diplomu ilə bitirib. 1996-1999-cu illərdə Bakı Musiqi Akademiyasının aspirantı (professor F. Bədəlbəylinin sinfi) olub.
M.Hüseynov Fransa hökuməti tərəfindən təqaüdə layiq görülərək 2000-2002-ci illərdə A.Korto adına Paris Ali Musiqi Akademiyasının Liseyində, 2004–2006-cı illərdə isə P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında peşəkar musiqi təhsilini davam etdirib.
Azərbaycanın Xalq artisti, pianoçu, beynəlxalq müsabiqələr laureatıdır.

AzVision.az