Cəlilabadda yol kənarında ağaclar kütləvi şəkildə qırılıb - FOTO
Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirilib ki, həmin kəndin ərazisində yol kənarında əkilən ağaclardan 89 ədədinin naməlum şəxslər tərəfindən qırılması ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinə müraciət daxil olub. Həmin əməli törədən 2 şəxs müəyyən edilib.
"Faktla bağlı hazırda Rayon Polis Şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsində əmələ hüquqi qiymət veriləcək".
Qeyd edək ki, Cəlilabad rayonunun Şiləvəngə kəndində yol kənarında əkilən Eldar Şamı ağacları kütləvi şəkildə məhv edilib. Ərazidəki ağaclar ötən ilin sentyabr ayından əkilib.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


