Azərbaycanda ən çox ruslar ev alır - Statistika

 Azərbaycanda ən çox ruslar ev alır -  Statistika
  03 Mart 2023    Oxunub:1511
2022-ci ildə Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən əldə edilmiş daşınmaz əmlakın ümumi sayı açıqlanıb.
Əmlak Məsələləri üzrə Dövlət Xidmətindən  AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, ötən il Azərbaycanda 1577 əcnəbi vətəndaş daşınmaz əmlaka sahib olub.

Azərbaycanda daşınmaz əmlak alan əcnəbilər arasında Rusiya vətəndaşları (1138) üstünlük təşkil edir. İkinci yerdə Gürcüstan vətəndaşları (135), üçüncü yerdə İran vətəndaşları (51) gəlir. Dördüncü yerdə isə Azərbaycanda ötən il 45 daşınmaz əmlak alan Türkiyə vətəndaşlarıdır.

Mənzil alan xarici vətəndaşlar arasında sonrakı sıralarda Qazaxıstan (43), Ukrayna (36), Almaniya (19), İsrail (14), BƏƏ (11),Özbəkistan (10) ölkələrinin vətəndaşları gəlir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti