Tanzaniya və Efiopiya “ASAN xidmət”in tətbiqində maraqlıdır

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Tanzaniyanın Vitse-prezidenti Filip İsdor Mpanqo “ASAN xidmət” modelinin Tanzaniyada tətbiqi və ikitərəfli Anlaşma Memorandumunun imzalanması ilə bağlı ilkin razılığa gəliblər.
Efiopiya tərəfi öz növbəsində “ASAN xidmət” konseptinin onlarda yüksək təəssürat yaratdığını və Azərbaycanın “ASAN xidmət” modelinin ölkələrində tətbiqində maraqlı olduqlarını bildirib.
Qonaqlara Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri, sosial innovasiyaların tətbiqi, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, "ABAD" publik hüquqi şəxs barədə məlumat verilib.
AzVision.az
Teqlər: