ABŞ-da əlverişsiz hava nəticəsində 9 nəfər ölüb

ABŞ-da əlverişsiz hava nəticəsində 9 nəfər ölüb
  04 Mart 2023    Oxunub:856
ABŞ-da pis hava şəraiti nəticəsində azı 9 nəfər ölüb.
AzVision.az xəbər verir ki, barədə Reuters məlumat yayıb.

Ölkənin cənub bölgəsində yağış və tornado müşahidə olunub. Tornado və yağışa səbəb olan siklon ölkənin şimal-şərqinə doğru irəliləməkdə davam edir. Sinoptiklər bu rayonlara güclü qar yağa biləcəyi barədə xəbərdarlıq edirlər.

Təbii fəlakətdən zərər çəkmiş rayonlarda 1,4 milyondan çox ev və iş yerinin işıqsız qaldığı vurğulanır.

AzVision.az


Teqlər:





Xəbər lenti