"Bravo"da silahlı insident: Ölən və yaralananlar var - VİDEO+YENİLƏNİB 2

      "Bravo"da silahlı insident:    Ölən və yaralananlar var -  VİDEO+YENİLƏNİB 2
  04 Mart 2023    Oxunub:2222
Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsində “Bravo” hipermarketində baş verən silahlı insidentlə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 12:21 radələrində çağırış daxil olub.
Hadisə nəticəsində xəsarət alan 2 nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə edilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir.

1 nəfər hadisə yerində dünyasını dəyişib.

***
Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insident nəticəsində bir nəfər ölüb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a bildirilib ki, ölən H.Rüfət Rahib oğlu polis əməkdaşı deyil.

***
Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsində “Bravo” hipermarketində silahlı insident baş verib.
AzVision.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayıblə.

Hadisə nəticəsində ölən və yaralanların olduğu bildirilir. Hücumun inkasator maşınına olduğu bildirilir.

Daxili İşlər Nazirliyi (DİN) AzVision.az -a verilən məlumata görə, paytaxtın Xətai rayonunda baş verən hadisə ilə bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib. Araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcəkdir.



AzVision.az


Teqlər:





Xəbər lenti