Sülhməramlıların üç avtomobili aksiya ərazisindən keçib

   Sülhməramlıların üç avtomobili aksiya ərazisindən keçib
  05 Mart 2023    Oxunub:860
Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər.
AzVision.az xəbər verir ki, Xankəndidən Laçın istiqamətinə gedən Rusiya sülhməramlılarına məxsus bir tibbi maşın, bir təminat və bir minik avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
AzVision.az


Teqlər:





Xəbər lenti