İranda 700-dən çox şagird və tələbə zəhərlənib

Şimali Xorasan Təhsil Baş direktoru Ebulkasim Əkbəri Bocnurd əyalətində iki məktəbdən 46 qız şagirdin zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirildiyini açıqlayıb.
Əkbəri tələbələrin ürəkbulanma, halsızlıq, başgicəllənmə kimi şikayətlərinin olduğunu və vəziyyətlərinin yaxşı olduğunu bildirib.
Fars əyalətinin Şiraz və Servistan şəhərlərində 24 tələbə oxşar simptomlarla xəstəxanaya yerləşdirilib.
Qeyd olunub ki, İlam əyalətinin Eyvan, İsfahan vilayətinin Kaşan, Rezevi Xorasan əyalətinin Məşhəd və Xuzistan əyalətinin Əhvaz şəhərlərində onlarla tələbə oxşar şikayətlərlə xəstəxanalara yerləşdirilib.
Digər tərəfdən, Xuzistan əyalətinin 6 şəhərində indiyədək 700 qız şagirdin zəhərləndiyi və bu tələbələrdən 200-nün müşahidə altına alındığı qeyd edilib.
Qeyd edək ki, İranda 2022-ci il noyabrın 30-dan etibarən məktəblərdə kütləvi zəhərlənmə halları diqqət çəkir. Qum, Loristan, Tehran, Ərdəbil, Kirmanşah, Simnan, Mazenderan, Çeharmahal və Bəxtiyari, Elburz, Şimali Xorasan, Zəncan, Fars, Qərbi Azərbaycan, Xuzistan və Rezevi Xorasan əyalətlərində bu günədək iki mindən çox tələbənin zəhərləndiyi bildirilir. Şagirdlərdə tənəffüs çətinliyi, ürəkbulanma, baş ağrısı və ətraflarda uyuşma kimi simptomlar müşahidə olunur.
AzVision.az
Teqlər: