Röya “World Music Awards”da - Azərbaycandan İLK

Röya “World Music Awards”da  - Azərbaycandan İLK
  22 May 2014    Oxunub:1374
“World Music Awards” mükafatı tarixində ilk dəfə olaraq azərbaycanlı müğənniyə verilə bilər.
AzVision.az-ın məlumatına görə, bu barədə müsabiqənin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

“World Music Awards 2014” musiqi müsabiqəsində Röyanın adı “Dünyanın ən yaxşı qadın ifaçısı” nominasiyası üzrə iddiaçılar siyahısına daxil edilib. Bu nominasiya üzrə mükafat uğrunda Rihanna, Adel, Britni Spirs, Selin Dion, Ledi Qaqa, Lana Del Rey və digər dünya ulduzları mübarizə aparırlar.

Qeyd edək ki, siz aşağıdakı linkə keçib, Röya səs verməklə ona bu mükafatı əldə etməkdə yardımçı ola bilərsiniz:

BURAYA DAXİL OLUN


Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti