Avropa seçkilərdə Baydenin məğlubiyyətinə hazırlaşır

   Avropa seçkilərdə Baydenin məğlubiyyətinə hazırlaşır
  22 May 2022    Oxunub:328
Avropa İttifaqı ABŞ-ın hazırkı prezidenti Cozef Baydenin 2024-cü ildə ölkədə keçiriləcək seçkilərdə məğlub ola biləcəyinə hazırlaşır.
Bu barədə Avropadakı mənbələrə istinadən CNBC məlumat yayıb. Qeyd olunub ki, Aİ anlayır ki, Belçika ilə Vaşinqton arasında əməkdaşlıq Ağ Ev rəhbərinin dəyişdirilməsi müəyyən edilməmiş istiqamətə gedə bilər.

Milken İnstitutunun baş analitiki Kevin Koluden bildirib ki, əgər ABŞ-da Donald Tramp kimi biri hakimiyyətə gəlsə, o zaman Aİ və ABŞ arasında çətin münasibətlər yaranacaq: “Xüsusilə, avropalılar qorxur ki, ABŞ administrasiyası bundan sonra Ukraynanı dəstəkləməkdən imtina edəcək”.

ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. 80 yaşlı Co Bayden də sələfi Donald Tramp kimi prezidentlik yarışında iştirak etmək niyyətini açıqlayıb.

AzVision.az


Teqlər:



Xəbər lenti