ANAMA-dan
AzVision.az -a bildirilib ki, martın 11-dən 17-dək Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 31, tank əleyhinə 7 mina və 202 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Ötən həftə ərzində 1394.5 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
AzVision.az