Gəncədə "Bahar və buz qızı" nağıl şousu baş tutub - FOTOLAR
21 Mart 2024
Oxunub:1166
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Novruz bayramı münasibətilə ssenarisi Əməkdar artist Ramil Qasımova məxsus fantastik, milli, müasir üslubda "Bahar və buz qızı" uşaq nağıl şousu göstərilib.
Filarmoniyanın mətbuat xidmətindən AzVision.az -a verilən xəbərə görə, şouda gənc aktyorlar: Ürfanə Əzimova, Aysu Kərimova, Ceyhun Qurbanov, Rəsul Quliyev, Tofiq Quliyev, Ruslan Bayramov, Amin Hüseynov və Almas Qasımova çıxış ediblər.
Tamaşa uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Quruluşçu rejissor Əməkdar artist İnarə Babayevadır.