Kobaxidze İlham Əliyev haqqında: "Siz bizim üçün də nümunəsiniz"

      Kobaxidze İlham Əliyev haqqında:   "Siz bizim üçün də nümunəsiniz"
  17 Yanvar 2025    Oxunub:3955
Gürcüstanın Baş naziri İrakli Kobaxidze partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbriklərinə görə Prezident İlham Əliyevə təşəkkür edib.
Prezident: "Biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik!"
Partiyasının qələbəsinin bölgəmizdə sabitliyin və təhlükəsizliyin təmin edilməsi, ölkələrimizin münasibətləri baxımından əhəmiyyətli olduğunu vurğulayan Baş nazir qeyd edib: “Bu, müstəsna əhəmiyyətə malikdir. Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz. Bu gün burada olmaq məndə böyük şərəf və məmnunluq doğurur”.

İrakli Kobaxidze Prezident İlham Əliyev ilə mətbuata birgə bəyanatında bildirib ki, Azərbaycan-Gürcüstan münasibətlərinin iqtisadi aspekti də çox vacibdir.

“Çox vacibdir ki, belə layihələr davamlı olsun və yeni layihələr müəyyən edilsin. Artıq qeyd etdiyim kimi, Azərbaycan Respublikası bizim üçün təkcə dəyərli dost deyil, Azərbaycan bizim üçün etibarlı tərəfdaş və qardaş ölkədir. Bu bağların dərinləşdirilməsi bizim marağımızdadır və biz bu münasibətlərə böyük əhəmiyyət veririk”, - deyə Baş nazir vurğulayıb.


Teqlər: İlham-Əliyev   Gürcüstan    



Xəbər lenti