“$TRUMP” adlı memkoinin bir gündə 8200 faiz bahalaşması Trampa verilən dəstəyin göstəricisi sayıla bilər. “Solana” şəbəkəsinin bazasında yaradılan memkoin ümumən 1 milyard həcmində nəzərdə tutulsa da, ilkin olaraq 200 milyonu dövriyyəyə buraxılıb. Qalanı 3 il ərzində tədricən əlçatan olacaq.
Tramp virtual sikkəni “Truth Social” və “X” sosial şəbəkələrində təqdim edib. Sikkənin üstündə onun məşhur “Döyüş, döyüş, döyüş!” şüarı əks olunub.
Samir Quliyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


