|
| Ermənistanın mindən çox yük maşını Larsdan keçə bilmir |
Statistikaya görə, hər gün Yuxarı Larsdan təxminən 150 erməni yük maşını keçir.
Qeyd edək ki, Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində Larsdan keçən marşrut kəskin şəkildə pisləşən hava şəraiti ilə əlaqədar fevralın 17-dən yük maşınları üçün bağlanıb. Eyni səbəbdən Şimali Osetiyada fövqəladə vəziyyət elan edilib.
Xatırladaq ki, Gürcüstan Hərbi Magistralı Ermənistanı Rusiya ilə birləşdirən yeganə fəaliyyət göstərən quru yoludur.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


