Çin nəhəng “dron daşıycısı” istehsal edəcək - VİDEO

   Çin nəhəng “dron daşıycısı” istehsal edəcək    - VİDEO
  19 May 2025    Oxunub:399
Pekin iyun ayında 100-ə qədər kiçik dron daşıya bilən “Jiu Tian (Səma yüksəklikləri)” adlı pilotsuz təyyarəi sınaqdan keçirməyi planlaşdırır.
AzVision.az Çinin Mərkəzi Televiziyasının (CCTV) və Qonkonqun “South China Morning Post (SCMP)” nəşrinə istinadən xəbər verir ki, maksimum üçüş məsafəsi 7000 km olan “Jiu Tian” 15 km hündürlüyə yüksələ bilir.

“Jiu Tian” ilk dəfə ötən ilin noyabr ayında “Çjuhay” hava limanında Çinin ilk aviaşousunda təqdim olunub.

PUA-nın maksimal uçuş çəkisi 16 ton, qanadlarının əhatəsi isə 25 metrdir. Təyyarə 6 tona qədər sursat daşıya bilir. “SCMP” yazır ki, “Jiu Tian” dünyada mövcud olan bir çox ortamənzilli hava hücumundan müdafiə (HHM) sistemlərini yara bilir.

Əsas məqsədi ilə yanaşı, PUA kəşfiyyat, müşahidə və elektron mübarizə missiyalarını da yerinə yetirmək qabiliyyətinə malikdir.

“Jiu Tian” Çinin Aviasiya Sənayesi Korporasiyası tərəfindən hazırlanıb və “Guangzhou Haige Communications” dövlət müdafiə konserninin törəməsi olan “Xian Chida Aircraft Parts Manufacturing” şirkəti tərəfindən inşa edilib.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Çin   PUA  





Xəbər lenti