Agentlik bildirir ki, daha qətiyyətli addımlar gözləyən Avropa liderləri Trampın qeyri-sabitliyindən məyus olublar. Diplomatiya vasitəsilə sülhə nail olmaq cəhdlərindən sonra Avropada ABŞ-nin münaqişədən uzaqlaşa biləcəyi ilə bağlı narahatlıq artır. Adının çəkilməsini istəməyən yüksək vəzifəli avropalı məmur agentliyə açıqlamsında “Görünür, Tramp aktiv diplomatiyadan uzaqlaşır” ifadəsini işlədib.
Başqa bir mənbə əlavə edib ki, ABŞ prezidenti sanksiyaları sərtləşdirmək və ya dərhal atəşkəsdə israr etmək niyyətində deyil. Kiyevlə Moskva arasında birbaşa danışıqlar ideyası isə nə Ukraynada, nə də Aİ-də dəstək tapır.
“Görünür, Putin öz qoşunları üçün vaxt udur və atəşkəs getdikcə çətinləşir. Hazırkı vəziyyət danışıqları ləngidən Moskvanın xeyrinədir”, - Almaniyanın Marşal Fondunun “Geostrategiya Şimal” proqramının direktoru xanım Kristin Berzina deyib.
Qeyd edək ki, dünən Vladimir Putin və Volodimir Zelesnki ilə tələfon danışıqlarından sonra ziddiyyətli bəyanatla çıxış edən Donald Tramp, ABŞ-nin hələ vasitəçilik missiyasından geri çəkilmədiyini, lakin irəliləyiş görməyəcəyi təqdirdə belə bir addımı nəzərdən keçirəcəyini vurğulayıb.
- Əgər heç nə dəyişməsə, mən sadəcə kənara çəkiləcəyəm və imkan verəcəyəm ki, bunu başa düşsünlər”, - səbr həddinin harada olduğunu dəqiqləşdirməyən ABŞ prezidenti Ağ Evdə deyib.
Eyni zamanda, o, Ukraynaya silah tədarükünü və Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini istisna etməyib, lakin bununla bağlı tələsmədiyini bildirib.
“Bloomberg Economics” nəşrinin analitiklərinin fikrincə, Putinlə Trampın təsvir etdiyi kimi “gözəl” söhbətə baxmayaraq, Ukrayna ilə bağlı heç bir irəliləyiş olmayıb.
“Bunun Kremlin mövqeyində real dəyişikliyə, yoxsa ləngitmə taktikasının davamına işarə olduğu aydın deyil. Amma ikincisi daha çox ehtimal olunur”, -ekspert Aleks Kokçarov vurğulayır.
![]() |
Avropa liderləri çaşqınlıq içindədir | VİDEO |
Lakin Rusiya ora aşağı səviyyəli nümayəndə heyəti göndərib, Tramp özü də ora getməyib. Nəticə yalnız sülh prosesində irəliləyiş əldə edilmədən əsirlərin mübadiləsinə dair razılaşma oldu.
Dərhal atəşkəs ideyasını dəstəkləyən Ukrayna prezidenti Volodimir Zelenski Trampın Putinə zəngindən əvvəl və sonra ABŞ lideri ilə danışıqlarda təkid edib ki, atəşkəs olmasa, Rusiyaya qarşı sanksiyalar gücləndirilsin. Bununla belə, Tramp yayındırıcı cavab verən Tramp Zelenskinin “ən asan həmsöhbət olmadığını” bildirib.
Trampın onunla və Zelenski ilə tələfon danışıqlarını şərh edən Vladimir Putin isə, onu “səmimi və faydalı” adlandıraraq, tərəflərin mümkün sülh müqaviləsi istiqamətində memorandum üzərində işləmək barədə razılığa gəldiyini deyib. Bununla belə, o, təfərrüatları açıqlamasa da, Rusiyanın “münaqişənin əsas səbəblərini” aradan qaldırmağa çalışdığını bir daha xatırladıb.
Sahil İsgəndərov
AzVision.az