İsrail Qəzzaya hava zərbəsi endirib

   İsrail Qəzzaya hava zərbəsi endirib
  21 May 2025    Oxunub:466
İsrail hərbçilərinin Qəzza zolağının mərkəzindəki Deyr əl-Bələh qəsəbəsində yaşayış binasını vurması nəticəsində azı 5 nəfər həlak olub.
AzVision.az Qətərin “Al-Jazeera” telekanalına istinadən xəbər verir ki, ölənlər arasında uşaq da var. Kanalın mənbələrinin iddiasına görə, son 24 saat ərzində İsrailin anklavın müxtəlif ərazilərini atəşə tutması nəticəsində artıq 85 fələstinli həlak olub.

Xatırladaq ki, İsrail ordusu martın 18-də Qəzzada döyüşləri bərpa edib, kütləvi zərbələr endirib və yanvarda yaradılmış atəşkəsə xitam verib. İsrailin baş naziri Binyamin Netanyahunun ofisi bildirib ki, HƏMAS vasitəçilər və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff tərəfindən irəli sürülən təklifləri rədd etdikdən sonra əməliyyat bərpa olunub.

Netanyahu: “Siz yeni vəhşiliklərə təhrik edirsiniz”
Təl-Əviv əməliyyatın məqsədinin zolaqda saxlanılan bütün israilli girovları azad etmək olduğunu bildirib. HƏMAS isə, öz növbəsində, vəziyyətin gərginləşməsinə görə İsrail və ABŞ-ni günahlandırıb.

Yeri gəlmişkən, Binyamin Netanyahu dünən İsrailə qarşı “xüsusi tədbirlər” görəcəkləri ilə hədələyən Böyük Britaniya, Kanada və Fransa hökumətlərini HƏMAS-ı yeni vəhşiliklərə təhrik eməkdə günahlandırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   İsrail   Qəzza   zərbə  





Xəbər lenti