Qurban bayramında 4 gün ardıcıl iş olmayacaq

   Qurban bayramında 4 gün ardıcıl iş olmayacaq
  22 May 2025    Oxunub:277
Bu il Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl qeyri-iş günü olacaq.
AzVision.az -ın xəbərinə görə, Nazirlər Kabinetinin qərarına əsasən iyunun 6, 7-si Qurban bayramı günləri müəyyən edilib. Bu il 7 iyun şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 9 iyun qeyri-iş günü olacaq.

Beləliklə, 8 iyun bazar gününə təsadüf etdiyi üçün Qurban bayramında ardıcıl 4 gün – 6, 7, 8 və 9 iyun tarixləri qeyri-iş günləri olacaq.

Qeyd edək ki, bu gün Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı ilə əlaqədar fətva verib.

AzVision.az



Teqlər:





Xəbər lenti