Levon Mnatsakanyan Azərbaycan ərazilərinin işğalında iştirakını təsdiqləyib

   Levon Mnatsakanyan Azərbaycan ərazilərinin işğalında iştirakını təsdiqləyib
  23 May 2025    Oxunub:461
Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində dindirilən təqsirləndirilən şəxs Levon Mnatsakanyan Azərbaycanın suveren ərazilərinin işğalında iştirak etdiyini təsdiqləyib.
L.Mnatsakanyan müxtəlif illər qondarma qurumda tabor komandiri, diviziya komandiri və artilleriya rəisi olduğunu bildirib.

Dövlət ittihamçılarının suallarını cavablandıran təqsirləndirilən şəxs Samvel Karapetyanın rəhbərlik etdiyi hərbi hissənin tərkibində Azərbaycanın suveren ərazilərinin işğalında iştirak etdiyini etiraf edərək deyib: “Ağdamda, Cəbrayılda, Ağdərədə, Füzulidə və digər ərazilərdə aparılan döyüş əməliyyatlarında iştirak etmişəm”.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti