Ötən gün 56 nəfər saxlanılıb

Ötən gün 56 nəfər saxlanılıb
  24 May 2025    Oxunub:547
Mayın 23-də polis əməkdaşları ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin üstünü açıblar.
AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 153, o cümlədən borclu şəxs qismində axtarışda olan 127 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.


Teqlər: DİN   saxlanmalar  





Xəbər lenti