İlbər Ortaylı: "Zəngəzur məsələsi həllini tapmalıdır"

      İlbər Ortaylı:    "Zəngəzur məsələsi həllini tapmalıdır"
  25 May 2025    Oxunub:529
"Ankarada keçirilən “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin təminatıdır” mövzusunda beynəlxalq konfrans kimi tədbirlərin sayı artırılmalıdır". Bu sözlər tanınmış türkiyəli tarixçi, professor İlber Ortaylının “Hürriyet” qəzetində dərc olunan məqaləsindəndir.
“İki qardaş dövlət” başlıqlı köşə yazısında müəllif vurğulayıb ki, Qərbi Azərbaycanla bağlı müzakirələrdə yalnız dövlət qurumlarının nümayəndələri deyil, alimlər və analitik mərkəzlərin əməkdaşları da iştirak etməlidirlər.

“Bu silsilə tədbirlər görüşlər və seminarlar şəklində də keçirilməlidir”, – İlbər Ortaylı yazıb.

O, Türkiyənin indiki Ermənistan ərazisindən məcburi çıxarılmış insanların əzəli torpaqlarına qayıtmasının zəruriliyi məsələsində Azərbaycanın mövqeyini dəstəklədiyini qeyd edib. “Bu, insan hüquqlarının əsas prinsiplərindən biridir”, – deyə alim vurğulayıb.

İlbər Ortaylı Zəngəzur məsələsinin də öz həllini tapmalı olduğunu qeyd edib.


Teqlər: Qərbi-Azərbaycan  





Xəbər lenti