Almaniyada 28 May qeyd olunub

Almaniyada    28 May    qeyd olunub
  25 May 2025    Oxunub:578
Almaniyanın Münster şəhərində 28 May - Azərbaycanın Müstəqillik Günü qeyd olunub. Tədbir Avropa Azərbaycan Mərkəzinin və Almaniya Azərbaycanlıları Alyansının birgə təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.


Filologiya və fəlsəfə elmləri doktoru, Həftəsonu məktəbinin müəllimi Sahibə Payıküçük tədbirdə çıxış edərək bu əlamətdar günün milli dövlətçilik tariximizdəki önəmini vurğulayıb.


Avropa Azərbaycan Mərkəzinin sədri və Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü Zaur Əliyev 28 May tarixinin yalnız keçmişin deyil, bu gün güclü dövlətimizin və xalqımızın iradəsinin rəmzi olduğunu bildirib.


Sonra Həftəsonu məktəbinin şagirdləri Azərbaycan şairlərinin Vətən, torpaq və milli kimlik mövzusunda şeirlərini deyiblər.



Teqlər: 28-May  





Xəbər lenti