Bakıda yaşayış binasında ilanlar peyda olub I VİDEO

   Bakıda yaşayış binasında ilanlar peyda olub    I VİDEO
  26 May 2025    Oxunub:709
Bakının Xətai rayonu, Yeni Günəşli qəsəbəsinin B massivində yerləşən çoxmərtəbəli yaşayış binasının həyətində ilanların görünməsi sakinlər arasında narahatlıq yaradıb.
AzVision.az "Xəzər Xəbər"ə istinadla bildirir ki, sakinlərin sözlərinə görə, xüsusilə azyaşlılar üçün həyət artıq təhlükəli yerə çevrilib.

Onlar bildirirlər ki, bu, ilk hal deyil. Əvvəlki illərdə də həyətlərində ilan görsələr də, bu dəfə vəziyyətin daha ciddi olması onları təşvişə salıb. Onlar hər gün keçdikləri ərazidə təhlükə ilə üz-üzə olduqlarını bildirirlər.

Sakinlər təhlükənin tezliklə aradan qaldırılmasını tələb edirlər. Onlar ilanların hətta evlərə daxil ola biləcəyindən narahatdırlar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:




AzVision.az



Teqlər:





Xəbər lenti