Bu il Məhərrəm ayı nə vaxt başlayır?

Məhərrəm ayının ən önəmli günü hesab edilən Aşura günü isə iyulun 5-nə təsadüf edəcək. Həmin gün hicri təqvimi ilə 10 Məhərrəm - İmam Hüseynin (ə) Kərbəla çölündə şəhadətə çatdığı gündür və bütün müsəlman aləmində matəm və hüzn içində yad edilir.
Qeyd edək ki, 2025-ci ildə Məhərrəm ayı iyulun 25-də başa çatacaq. Bu müddət ərzində bir çox bölgələrdə dini mərasimlər, ehsanlar, maarifləndirici moizələr və anım tədbirləri təşkil edilir. Əksər məscidlərdə isə Kərbəla şəhidləri ilə bağlı dualar oxunur, İmam Hüseynin fədakarlığı və ədalət uğrunda apardığı mübarizədən bəhs edilir.
Qafqaz Müsəlmanlar İdarəsi tərəfindən Məhərrəm ayı müddətində dini mərasimlərin dini-etnik harmoniyaya uyğun, qanunvericilik çərçivəsində və ictimai asayişi pozmadan keçirilməsi tövsiyə olunur.
AzVision.az
Teqlər: