Əfv sərəncamı icra olunur

   Əfv sərəncamı icra olunur
  26 May 2025    Oxunub:1046
Prezident İlham Əliyevin mayın 26-da imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsindən 4 məhkuma şamil edilib.
AzVision.az xəbər verir ki, onlardan 3-ü Azərbaycan, 1-i Pakistan vətəndaşıdır. Ədliyyə Nazirliyinin Probasiya xidmətində də əfv sərəncamının icra edilməsi prosesini həyata keçirib. Probasiya xidmətinin rəisi Vüqar Ağayev bildirib ki, əfv sərəncamının şamil edildiyi 220 nəfərdən 20-si probasiya qeydiyyatında olan şəxslərdir.

Qeyd edək ki, Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 175 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 25 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzası şərti tətbiq edilmiş 1 nəfər, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarının çəkilməsi təxirə salınmış 2 nəfər cəzadan azad edilib. Bundan başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 2 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, islah işləri cəzasına məhkum edilmiş 4 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 1 nəfər cəzadan azad edilib.


Teqlər: Əfv  





Xəbər lenti