Qaradağda 16 kq narkotik aşkarlanıb I VİDEO

Qaradağda 16 kq narkotik aşkarlanıb    I VİDEO
  26 May 2025    Oxunub:840
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları narkotiklərin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar keçiriblər.
AzVision.az DİN-ə istinadən xəbər verir ki, tədbirlər zamanı Nəsrulla Həbiyev, Hacıağa Əkbərov, Elşad Əliyev, Sənan Qaracayev, Mahir Haşımov, Tural İbrahimov, Məhbub Həsənli, Qurban Muradov və Şahin Zamanov saxlanılıblar.

Bu şəxslərdən ümumilikdə 16 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb. Faktlarla bağlı Qaradağ RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Saxlanılan şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.




AzVision.az







Teqlər:





Xəbər lenti