“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq

“Paşa Holding” tərəfindən 29-30 sentyabr tarixlərində təşkil olunacaq “INMerge” Sammiti Cənubi Qafqaz və Mərkəzi Asiyada innovasiya, texnologiya və sahibkarlıq sahələrində liderləri, startapları, investorları və dövlət nümayəndələrini bir araya gətirən ən mühüm texnoloji tədbirdir. Builki “INMerge” Sammitində 5000-dən çox iştirakçı, 150-dən artıq spiker və 100-dən çox startapın iştirakı nəzərdə tutulur. Sammit zamanı iştirakçılar ən son trendlər, süni intellekt, data analitika, kibertəhlükəsizlik və digər aktual mövzular üzrə fikir mübadiləsi aparacaq, eləcə də qlobal əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı əldə edəcəklər.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
AzVision.az
Teqlər: