Peru Konqresi Azərbaycanla bağlı bəyanat qəbul edib

Ölkəmizin uzun illər davam edən xarici işğaldan sonra öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyi, hazırda isə Cənubi Qafqaz regionunda davamlı və dönməz sülhün əldə olunması, eləcə də sabitlik və təhlükəsizliyin bərpası istiqamətində addımları təqdir edilir.
Vurğulanır ki, bütün dünya azərbaycanlıları 28 may tarixini Azərbaycanın milli bayramı kimi qeyd edir və öz əcdadlarının bütün Qafqaz regionunda, Mərkəzi Asiyada və Yaxın Şərqdə demokratiyanın yayılmasında oynadıqları rolu daim xatırlayırlar.
Ölkəmizin Peru üçün mühüm tərəfdaş olduğu qeyd edilir.
AzVision.az
Teqlər: