Büdcə hesabına 40 mindən çox şəxsə hüquqi yardım göstərilib

Büdcə hesabına 40 mindən çox şəxsə hüquqi yardım göstərilib
  27 May 2025    Oxunub:811
Ötən il dövlət büdcəsinin vəsaiti hesabına 40 min 650 şəxsə hüquqi yardım göstərilib.
AzVision.az xəbər verir ki, bununla bağlı məsələ "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənəd parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Layihədə qeyd edilib ki, bu da hesabat ilində dövlət büdcəsindən 5,5 milyon manat məbləğində vəsait ayrılmışdır ki, bu da 2023-cü illə müqayisədə 0,5 milyon manat və ya 10 faiz çoxdur.

2024-cü ilin dövlət büdcəsinin məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsindən maliyyələşən idarə və təşkilatların dövlət büdcəsindən ayrılmış təxsisatlardan əlavə daxil olmuş vəsaitlər hesabına maliyyələşdirilən xərcləri (büdcədənkənar xərcləri) 266,4 milyon manat təşkil edib. Bu, 2023-cü illə müqayisədə 26,8 milyon manat və ya 11,2 faiz çoxdur.

Ümumiyyətlə son 5 ildə, yəni 2020-ci illə müqayisədə 2024-cü ildə müdafiə, milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanları üzrə xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 3,7 faiz-bənd, mütləq ifadədə isə 3790,7 milyon manat və ya 1,7 dəfə artıb.

AzVision.az



Teqlər:





Xəbər lenti