“Tesla” Avropa bazarını itirir

“Tesla” Avropa bazarını itirir
  27 May 2025    Oxunub:722
Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) məlumatına görə, 2025-ci ilin aprelində Avropa İttifaqında (Aİ) yeni “Tesla” avtomobillərinin qeydiyyatı keçən ilin eyni dövrü ilə müqayisədə 52,6% azalıb.
AzVision.az xəbər verir ki, Aİ-nin ümumi avtomobil bazarında cüzi də olsa artım qeydə alınıb - 1,3%. Bununla belə, “Tesla” öz mövqeyini itirməkdə davam edir: ilin ilk dörd ayında şirkət 42 minə yaxın avtomobil satıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 46,1% azdır.

“Tesla”nın satışlarının azalması ilin əvvəlindən Avropanın elektrik avtomobil bazarında 26,4% ümumi artımı fonunda baş verir. Enişin miqyasına görə “Tesla” avtomobilləri “Smart” (–67,6%), “Jaquar” (–67%) və “Mitsubishi” (–34,5%) kimi brendlərlə müqayisə oluna bilər.

Yeri gəlmişkən, “Tesla”nın satışları şirkətin əsas bazarlarından biri olan Çində də azalır.

“Tesla”nın uğursuzluğu 2 əsas amillə izah olunur: daha sərfəli modellər təklif edən Çindəki elektrik avtomobil istehsalçılarının artan rəqabəti; şirkətin sahibi İlon Maskın siyasi bəyanatları fonunda ABŞ və Avropada boykot kampaniyası.

Qeyd edək ki, daha əvvəl Mask ABŞ-nin Federal Hökumətin Səmərəliliyi Departamenti (DOGE) layihəsi çərçivəsində öz fəaliyyətini azaltdığını etdiyini açıqlamışdı. Amerika mətbuatının yazdığına görə, o, prezident Donald Trampın çevrəsində ictimai iştirakını da azaldıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Tesla   Avropa   Çin  





Xəbər lenti