“Azəriqaz” İB-nin təşkilatçılığı ilə mediatur təşkil edilib I VİDEO

“Azəriqaz” İB-nin təşkilatçılığı ilə mediatur təşkil edilib    I VİDEO
  27 May 2025    Oxunub:682
SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin təşkilatçılığı ilə "Gəncə Cihazqayırma Zavodu" ASC-yə media tur təşkil edilib.
Media turda "Azəriqaz" İB-nin əməkdaşları, zavodun nümayəndələri və ölkədə fəaliyyət göstərən media mənsubları iştirak ediblər. Media nümayəndələri cihazqayırma zavodunun istehsalı ilə yaxından tanış olublar.



Burada istehsal olunan qaz və su sayğacları, həmçinin məişət cihazları haqqında məlumat verilib, "Gəncə Cihazqayırma Zavodu"nda istehsal olunan sayğacların laboratoriya və istismar sahələrinə baxış keçirilib.



Qeyd edək ki, “Gəncə Cihazqayırma Zavodu” ASC enerji resurslarının ölçülməsi vasitələrinin istehsalı sahəsində ixtisaslaşıb. 2023-cü ildən etibarən zavodda məişət qaz sayğaclarının istehsalına start verilib.



Bu da əvvəllər idxal olunan məhsulların yerli istehsalla əvəzlənməsinə təkan verib. Zavodda yeni istehsalat sexləri inşa edilib, müasir texnoloji avadanlıqlar quraşdırılıb, qaz sayğaclarının mexaniki emalı, yığımı və test olunması üçün sahələr yaradılıb.



Paralel olaraq bu sahədə çalışacaq mütəxəssislər də yetişdirilib. 2024-cü ildən etibarən respublikanın qaz təsərrüfatına 400 mindən çox termokompensatorlu mexaniki qaz sayğacı və 300-ə yaxın qaz ölçü qovşağı təhvil verilib. Yeni tipölçülü sayğaclar, o cümlədən G6 tipli və smart sayğaclar mənimsənilərək istehsala daxil edilib.








AzVision.az




Teqlər:





Xəbər lenti