Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb

O qeyd edib ki, səfər 28 May - Müstəqillik Günü çərçivəsində baş tutacaq:
“Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar zamanı iki ölkə arasında münasibətlər, eləcə də cari regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsi aparılacağı nəzərdə tutulur”.
Bundan əlavə Pakistanın Baş naziri Şahbaz Şərifin iştirakı ilə Türkiyə-Azərbaycan-Pakistan Üçtərəfli Zirvəsinin II iclası keçiriləcək.
Ərdoğan səfəri zamanı Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində də iştirak edəcək.
AzVision.az
Teqlər: