Gəncədə qudalar arasında dava qanla bitib

   Gəncədə qudalar arasında dava qanla bitib
  03 İyun 2025    Oxunub:859
Gəncənin Məhsəti qəsəbəsində qohumlar arasında mübahisədə qanla bitib.
Qudalar aralarında yaranmış mübahisə zəminində 1980-ci il təvəllüdlü Əli Alışanov bıçaqlanıb, daha sonra isə balta ilə xəsarət alıb. Onun həyat yoldaşı Aynur Alışanova və 25 yaşlı oğlu Alim Alışanov isə döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəstəxanaya yerləşdirilmiş Ə.Alışanovun vəziyyəti ağır qiymətləndirilir. Bundan başqa, mübahisə zamanı qarşı tərəfdən 1966-cı il təvəllüdlü Zakir Sadıqov və onun oğlu 1999-cu il təvəllüdlü Elşən Sadıqov da xəsarət alıblar. Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:



Xəbər lenti