Küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA

   Küləkli hava şəraiti davam edir -    FAKTİKİ HAVA
  03 İyun 2025    Oxunub:867
Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
AzVision.az xəbər verir ki, Milli Hidrometerologiya Xidmətinin iyunun 3-ü saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisində hazırda küləkli və yağıntılı hava şəraiti müşahidə edilir.

Kəlbəcər, Xankəndi, Laçın, Şuşa, Ağdam, Xocalı, Ağdərə, Daşkəsən, Gədəbəy, Tərtər, Mingəçevir, Göygöl, Yevlax, Gəncə, Goranboy, Naftalan, Şəmkir, Balakən, İmişli, Şamaxı, Ağsu, Qəbələ, Şəki, Zaqatala, İsmayıllı, Xınalıq, Qrız, Qusar, Quba, Xaltan, Sabirabadda arabir şimşək çaxır, leysan xarakterli yağış yağır.

Şahdağa isə qar yağması müşahidə edilir.

Saat 16:21-16:24 radələrində Xankəndi şəhərinə diametri 8-10 mm olan dolu düşüb.

Küləyin sürəti bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Zərdabda 18, Sabirabadda 17, Naxçıvanda 16, Cocuqmərcanlı və Şamaxıda 15 m/s-yə çatır.

AzVision.az



Teqlər:



Xəbər lenti