Azərbaycan və Çin nümayəndə heyətinin görüşü olub

   Azərbaycan və Çin nümayəndə heyətinin görüşü olub
  03 İyun 2025    Oxunub:959
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) nümayəndə heyəti Çinin Ciansu əyalətinin və Liyanyunqanq şəhərinin rəsmiləri ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında görüş keçirib.
QSC-dən bildirilib ki, görüşdə ADY-nin beynəlxalq dəhlizlərin, o cümlədən Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üçün gördüyü işlər, Bakı limanının beynəlxalq yükdaşımalardakı rolu diqqətə çatdırılıb.

Eyni zamanda, “Bir kəmər. bir yol” meqa layihəsinin mühüm komponentlərindən olan Liyanyunqanq şəhərində hazırda “Yeni Avrasiya Quru-Dəniz Nəqliyyat Dəhlizi”nin və Orta Dəhlizin logistika şəbəkələrinin effektiv şəkildə əlaqələndirilməsi üzrə işlərin aparıldığı bildirilib.

AzVision.az



Teqlər:



Xəbər lenti