Bakıda 2 kq heroin aşkarlanıb

Bakıda 2 kq heroin aşkarlanıb
  05 İyun 2025    Oxunub:505
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.
AzVision.az DİN-dən verilən məlumata istinadən xəbər verir ki, paytaxtın Nəsimi rayonu ərazisində həyata keçirilən tədbirlər zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 38 yaşlı M.Həsənov şübhəli şəxs qismində saxlanılıb. Ondan 2 kiloqrama yaxın heroin aşkarlanaraq götürülüb.

Araşdırma aparılır.

AzVision.az



Teqlər:



Xəbər lenti