Çaylarda suyun səviyyəsi kəskin artıb

 Çaylarda suyun səviyyəsi kəskin artıb
  07 İyun 2025    Oxunub:1098
Avtomat hidroloji stansiyaların iyunun 07-də saat 9:00-a olan məlumatına əsasən bir neçə gündür bölgələrdə davam edən intensiv yağıntılar ilə əlaqədar bəzi çaylarda sululuq artıb.
AzVision.az xəbər verir ki, barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 63 sm, Vəlvələçayda 12 sm, Qudyalçayda 5 sm, Katexçayda 3 sm, Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 4 sm, Kürəkçayda 3 sm, Zəyəmçayda 2 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 11 sm artım olub.

Bundan başqa, Tərtərçayda 5 sm, Tutqunçayda 3 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda 10 sm, Kür-Surra və Kür-Bankədə 11 sm, Kür-Şirvanda 20 sm, Kür-Salyanda isə 45 sm artım qeydə alınıb.

AzVision.az


Teqlər:



Xəbər lenti