İran İsrailin raket proqramına sızıb

   İran İsrailin raket proqramına sızıb
  10 İyun 2025    Oxunub:1004
İran İsrailin raket proqramına sızaraq məxfi məlumatları ələ keçirdiyini, onları anti-İsrail qrupları ilə bölüşəcəyini bildirib.
Bu barədə İranın Kəşfiyyat Nazirliyi ("Ettelaat") məlumat yayıb. Diqqətə çatdırılır ki, ələ keçirilmiş məxfi sənədlərin bir qismi elmi-texniki layihələr, digər qismi isə hərbi-raket proqramları ilə əlaqədardır. İddianı kəşfiyyat naziri İsmayıl Xətib də şəxsən təsdiqləyib. Onun sözlərinə görə, sözügedən sənədlər "İranın hücum imkanlarını gücləndirməyə" töhfə verəcək.

Eyni zamanda, bildirilib ki, sənədlərdə həmçinin İsrailin hərbi nüvə proqramı üzrə layihələr və bu layihələrdə fəaliyyət göstərən alimlər, rəhbər işçilər haqqında ətraflı məlumat var.

Firudin Həmidli
AzVision.az


Teqlər:



Xəbər lenti