Tramp Netanyahuya iki şərt qoyub

   Tramp Netanyahuya iki şərt qoyub
  11 İyun 2025    Oxunub:1232
İyunun 9-da ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Binyamin Netanyahu arasında 40 dəqiqəlik telefon danışığı olub.
AzVision.az “Kanal 12” telekanalına istinadən xəbər verir ki, ABŞ prezidenti İsrailin Qəzzada müharibəyə son qoymalı və İranın nüvə obyektlərinə hücum etməkdən çəkinməli olduğunu bildirib.

Əsas mövzunun İran olduğu telefon danışığında Donald Tramp bir daha Tehranın “saziş bağlamaq istədiyini” vurğulayıb.

“Onun ehtimalına görə, iranlılar pis cavab verəcək. Lakin bu cavab danışıqları dayandıracaq qədər pis olmayacaq. Hələlik isə, İrana hücum məsələsini gündəmdən çıxarmalıyıq. Eyni zamanda, ABŞ prezidenti ilk dəfə olaraq müharibəni bitirmək istədiyini bildirib”, - telekanalın yaydığı xəbərdə deyilir.

Tramp Netanyahu ilə nəyi müzakirə edib? - VİDEO
Telekanalın iki mənbəsi, həmçinin Netanyahunun danışıqların nəticəsiz qalacağı təqdirdə İsrailə hücum üçün yaşıl işıq yandırıb-yandırmayacağını Trampdan öyrənməyə çalışdığını söyləyib. Lakin ABŞ prezidenti buna dəqiq cavab verməyib.

Trampın dünənki söhbəti “yaxşı” adlandırdığı məlumdur. Netanyahu isə, dərhal İranın nüvə silahları ilə bağlı təhlükəsizlik məsələləri üzrə iclas keçirib.

Xatırladaq ki, mayın 23-də ABŞ və İran rəsmiləri Romada nüvə danışıqlarının beşinci raundu keçiriblər. Danışıqlarda vasitəçi, Omanın Xarici İşlər naziri Bədr əl-Busaidi “müəyyən, lakin yekun irəliləyiş olmadığını” açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Netanyahu  



Xəbər lenti