Xırdalanda yanğın söndürülüb I VİDEO - YENİLƏNİB

 Xırdalanda yanğın söndürülüb  I VİDEO - YENİLƏNİB
  12 İyun 2025    Oxunub:1244
Abşeron rayonu, Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.
AzVision.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

***

Abşeron rayonu, Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsində yerləşən yaşayış evində yanğın baş verib.

AzVision.az xəbər verir ki, dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda qüvvələr tərəfindən yanğının yayılmasının qarşısının alınması və söndürülməsi, digər təhlükəsizlik tədbirlərinin təmin edilməsi istiqamətində əməliyyat davam etdirilir. Əlavə məlumat veriləcək.



AzVision.az



Teqlər:



Xəbər lenti