İsrail İrana zərbə endirib: 3 komandir ölüb

   İsrail İrana zərbə endirib:    3 komandir ölüb
  13 İyun 2025    Oxunub:1293
İsrail Hərbi Hava Qüvvələrinə məxsus 200-dən çox təyyarə bu gün səhər saatlarında İrana genişmiqyaslı aviazərbələr endirib.
Bu barədə İsrail Ordusunun mətbuat xidmətinin sözçüsü Effi Defrin jurnalistlərə açıqlamasında məlumat verib. O vurğulayıb ki, hərbi təyyarələr İran ərazisində 100-dən çox obyektə ümumilikdə 330 aviazərbə endirib.

Defrin təsdiqləyib ki, əməliyyat nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri, İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami və "Xətam Əl-Ənbiya" qoşunlarının komandiri Qulam Əli Rəşid, habelə başqaları həyatlarını itiriblər.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   İran   hücum  



Xəbər lenti